Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya rəsmi səfərə gəlir.
Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib. Bu, Türkiyə XİN rəhbərinin yeni hökumət təsdiq edildikdən sonra xaricə ilk rəsmi səfəridir və ənənəvi olaraq nazir ilk xarici səfərini Azərbaycana edir.
Qeyd edək ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq münasibətləri və regional məsələlərin müzakirəsi nəzərdə tutulur.