Bu gün Azərbaycan tarixində yaddaqalan gündür

"Bu gün Azərbaycan tarixi üçün yaddaqalan gündür. Biz 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbənin Zəfər paradınin bir illiyini qeyd edirik".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Zəfər paradınin bir illiyindən danışarkən bildirib.

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində olub:

 

"Bu mənəvi tərbiyə 44 günlük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi. Cənab Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi “mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikirlərinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi idi. Cənab Prezident Azərbaycan hərbi tarixinin öyrənilməsi məsələsini daimi diqqət mərkəzində saxlayır. Azərbaycan hərbi tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin soy-kokümüzə tarixi ənənələrimizə sonsuz ehtiramın nümüunəsidir.

 

Bütün bunlar tarixi Zəfərin təsdüfi olmadığını və bu QƏLƏBƏYƏ həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi. Zəfər paradı zəfərimizin parlaq göstəricisi idi ki, bütün dünya Zəfər paradında Azərbaycanın qələbəsini gördü.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

 

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər Paradının ən təsirli və yadda qalan anlarından biri də qardaş Türk xaqlının şanlı ordusunun iştirakı idi. Türk əsgərləri həm də şəhidlərimizin rəmzinə çevrildi"