“Bu gün imzalanan müqavilə cənab Prezidentin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunu bir daha göstərdi”

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı.  Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azerform”a açıqlamasında qeyd etmişdir ki, : "memoranduma görə növbəti 5 il ərzində Avropaya qaz ixracını 2 dəfə artırmaq üçün birgə səylər göstəriləcək. Bu isə ölkəmiz üçün artan valyuta gəliri, geo-siyasi əhəmiyyətin və iqtisadi müstəqilliyin artması, qeyri-neft sektoru inkişafı üçün əlavə gəlir və texnologiya mənbələrinin yaranması deməkdir.  Komitə sədri daha sonra qeyd etmişdir ki, bu hadisə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə illər öncə qərar vermiş və buna nail olmuş Prezident İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunu bir daha göstərdi.