2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunması planlaşdırılır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. O bildirib ki, bu rayonlarda prioritet məsələlər ilk növbədə sosial infrastrukturun tikintisindən ibarətdir.
"Söhbət məktəb, xəstəxana və yollardan gedir", - deyə V. Hacıyev qeyd edib.