"Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!"
Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”- MOİK oyunundan əvvəl çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir: “Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.