"Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri bu gün dünyada nümunədir, uğurla inkişaf edən və bütün sahələri əhatə edən bu qardaşlıq əlaqələri son illərdə ən yüksək səviyyəyə çatıb, siyasi-iqtisadi, humanitar-məsəni sahələrdən başqa idman sektorunda da yüksək əhval-ruhiyyə ilə müşayiət olunur".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, biz martın 26-da növbəti dəfə paytaxt Bakıda ən əlamətdar və qürurverici günlərindən biri kimi yaşadıq:
"Ay-ulduzlu və üçrəngli bayraqların yan-yana dalğalandığı Azərbaycanın "Qarabağ" və Türkiyənin "Qalatasaray" futbol oyunu möhtəşəm izdihamla müşayiət olunaraq əsil idman bayramını xatırlatdı. Oyunu izləmək üçün Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı isə bu möhtəşəm tədbirin ikiqat sevincə çevrilməsinə səbəb oldu". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov martın 27-də Bakıda keçirilən "Qarabağ"-"Qalatasaray" futbol oyunu ilə bağlı fikirlərini bildirib".
Millət vəkilinin sözlərinə görə, iki qardaş ölkənin ən nüfuzlu komandaları arasında keçirilən xeyriyyə oyunu Türkiyə-Azərbaycan qardaşlığının, sarsılmazlığının daha bir örnəyinə çevrildi:
"Bu oyun dünya idman aləmində həm də nümunə, humanizmin və insanlığın ən xoşməramlı simvoluna çevrildi, "Qarabağ"- "Qalatasaray" qardaşlıq oyunu futbol tarixində yeni ilkə imza atılması ilə yadda qaldı. Başqa futbol yarışmalarında seyrçilər adətən öz ölkəsinin komandasına azarkeşlik edir, ancaq dünənki oyunda on minlərlə seyrçi stadionda həm də Azərbaycana, həm də eyni sevgi və istəklə Türkiyə azarkeşlik edirdi. Eyni zamanda yüz minlrələ seyrçi dünən bu yarışı əsil qardaşlıq bayramının təntənəsi kimi qürur və fətxrə izlədi. Azarkeşlər hər iki komandanın vurduğu qollara eyni sevinci bölüşürdü. Oyun "Qalatasaray"ın qələbəsi ilə başa çatsa da qazanan Qardaşlıq oldu. Bütün bu qürurverici səhnələr bir daha iki qardaş ölkənin bütün sahələrdə milli birliyinin və sarsılmazlığının nümunəsidir".
A.Hüseynov qeyd edib ki, xeyriyyə məqsədilə keçirilən bu tədbir gözləniləndən də uğurlu nəticə ilə başa çatdı:
"Yarışdan əldə olunan vəsaitin zəlzələdən zərər çəkmiş insanlara yönəldilməsi nəzərdə tutulurdu ki, bu da bilet satışlarının sayından çox asılı idi. Sevindirici odur ki, dünənki futbol oyununda 62 mindən artıq bilet satılmışdı və bu həmin stadionda indiyə qədərki ən böyük rekord göstəricidir".