Təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində siyasətçilərin, məmurların ən çox çəkindiyi seks, intim videolarının yayılmasıdır.
Bu tip videolar təkcə ölkəmizdə deyil, dünyada da geniş yayılmış tendensiyadır.
Sabahinfo.az azxeber.com-a istinadən dünyada intim videoları yayılan və istefa verən məşhur siyasətçilərin bir qismini təqdim edir.
Türkiyədə bu hallara az rast gəlinməyib. MHP üzvləri Bülent Didinmez, Metin Çobanoğlu, Recai Yıldırım və İhsan Barutçudan sonra daha 6 idarəçi 20 may 2011-ci ildə onlara aid olduğu iddia edilən intim video kasetləri səbəbilə istefa verib.
Türkiyəli hüquqşünas, siyasətçi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal porno videosunun yayılmasına görə istefa verən siyasətçilər sırasındadır.
1995-1996-cı illərdə Baş nazirin müavini vəzifəsində çalışmış D.Baykalın 2010-cu ildə yayılan kaset videosu ölkədə xeyli müzakirələrə səbəb olmuşdu. Ankara millət vəkili Nesrin Baytokla birlikdə olduğu iddiası ilə yayılan kaset Baykalın siyasi karyerasına son qoymuşdu.
Türkiyəli daha bir siyasətçi Kamer Genc DYP millət vəkili olduğu zaman Ankarada oğlunun evindən rəqqasənin çıxması zamanı jurnalistlər tərəfindən görüntülənib. İşıqlar yanan zaman nə edəcəyini bilməyən gənc qadın maşına minərək oradan qaçıb.
Bir müddət sonra evdən çıxan Kamer Genc jurnalistlərlər qarşılaşıb. Daha sonra açıqlama verən K.Genc oğlunun çiçəkləri sulamağa getdiyini bildirib.
Bundan başqa, Türkiyənin keçmiş daxili işlər naziri olan Həsən Fehmi Güneş 1979-cu ildə müğənni Aynur Aydanın evinə girərkən kameralara tuş gəlib. Evli olan Hasan Fehmi o dövrdə bu səbəbdən nazirlikdən istefa vermişdi.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton ofisdə Monika Lewunsky ilə eşq macərası yaşamışdı. O, əvvəlcə iddiaları rədd etsə də, sonradan bunu etiraf etmişdi.
İndi bəhs edəcəyimiz isə, bəlkə də ən qəribəsidir. Belə ki, İngiltərənin Baş naziri Devid Kameronun sağ əli kimi tanınan Mühafizəkarlar Partiyasından millət vəkili olan Mayk Uezerlinin həyat yoldaşının fahişə olduğu və 150 kişi ilə yatdığı ortaya çıxmışdı.
Hindistanın 86 yaşlı keçmiş qubernatoru Naraim Dutt Tiwarinin üç qadınla yataqda çəkildiyi videosu ortaya çıxmışdı. Qubernator bu görüntülərdən sonra istefa verdi.
2019-cu ildə İranda iki siyasətçinin sosial şəbəkədə sızdırılan porno videoları ölkə gündəmini zəbt etmişdi.
Belə ki, ilk video 4 avqust tarixində internetdə yayımlanıb. Gizli kamera ilə çəkilən görüntülərdə sabiq Kohgiluye və Buyer Əhməd meri Əli Məhəmməd Əhmədinin bir qadınla cinsi münasibətdə olduğu görülüb. Yerli mediada yayılan xəbərlərdə Əhmədi Kanadada İran rejiminə qarşı bir televiziya proqramına qatılmadığı üçün seks kaseti internetə sızdırılıb.
9 avqust tarixində Sadra qəsəbəsinin bələdiyyə sədri olan Abbas Məlikzadənin erotik görüntüləri yayımlanıb. Əhmədidən fərqli olaraq bu video Məlikzadə tərəfindən qeydə alınıb.
Baş verənlərlə bağlı açıqlama verən iranlı jurnalist belə bir açıqlama verib: "Bir çox iranlı rəsminin iki həyat yaşadığını bilirik. Bu sirr deyil, lakin videolar bunu sübut edir".
Məşhur siyasətçi Bin Laden üçün də bu cür, amma bir az fərqli bir plan qurulmuşdu. Belə ki, Əl-Qaidə yaraqlıları ilə bir tonqal ətrafında oturarkən görüntülənəcəkdi. Gizli çəkiliş zamanı Əl-Qaidə lideri içki içərkən gənclərə necə cinsi əlaqədə olduğu haqqında danışacaq idi.
Lakin sonra əməliyyatın başçısı Şefi Ceyms Pavitt və onun müavini Hugh Turner bu planı inkar edərək imtina ediblər.
Bunlar dünya tarixində baş vermis bu cür hallarım bir qismidir.
Azərbaycanda isə son vaxtlar bu hal bəzi məşhur siyasətçinin başın gəlib.
Belə ki, Milli Məclisin üç çağırışında deputat olmuş, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun iştirakı ilə yayılmış bir video səbəbilə H.Mirələmov vəzifəsindən istefaya göndərildi.
76 yaşlı Hüseynbala Mirələmovun özü mətbuata açıqlamasında həmin videonun sifariş olduğunu, onun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirmişdi.
Son olaraq isə ölkəmizdə FHN-in əməkdaşlarının videosu yayılıb.