"Donbass, Xerson və Zaporojye vilayətlərində vəziyyət sabitləşəcək".
Sabahinfo.az "Rossiya 24" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Bu, son dərəcə vacib bir şeydir və təbii ki, biz bu əraziləri sakit şəkildə inkişaf etdirə, bütövlükdə ölkəni gücləndirməyə kömək edə biləcəyik", - Rusiya lideri bildirib.
Bundan əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Rusiyanın yeni regionlarının iqtisadi potensialını qiymətləndirib.
Departament rəhbərinin müavini Sergey Nazarovun sözlərinə görə, Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələndirilib, lakin onların potensialının inkişafı “əhəmiyyətli” investisiyalar tələb edəcək.(unikal)