Dumanlı hava şəraiti ilə əlaqədar Bakının əsas magistrallarında sürət həddi azaldılıb.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NNİM) bildirilib.
Qeyd olunub ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.