“Üç ölkənin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”

"Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”. sabahinfo.az saytı APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, ölkələr arasında, elektrik şəbəkələrinin  birləşdirilməsi üçün imkanlar var: "Bu da çox əlverişli olacaq. Həmçinin, dəmiryollarının birləşməsi üçün müzakirələr aparılıb. Bu il Astara körpüsü üzərində dəmiryol xəttinin tikintisinin başa çatması planlaşdırılır. İnanırıq ki, tezliklə Şimal-Cənub dəhlizi istifadəyə veriləcək”.