Ekoloji çirklənmə,
qeyri-düzgün qidalanma, həyat keyfiyyətinin və iş rejiminin getdikcə pisləşməsi
xəstəliklərin meydana çıxma riskini artırır. Təbabətin sürətlə inkişaf etməsinə
baxmayaraq, xroniki xəstəliklərdən əziyyət çəkən insanların sayı durmadan artır
və müasir təbabət bu xəstəlikləri müalicə edə bilmir.
Elə buna görədir ki,
bu gün bir çox insanlar maddələr mübadiləsi, sinir sistemi, immun sistemi xəstəlikləri,
zəmanəmizin bəlası olan "xərçəng” xəstəliyindən əziyyət çəkirlər.
İnsan orqanizmi bir çox
problemləri aradan qaldırmaq üçün kifayət qədər potensiala malikdir, amma bəzən
bunu edə bilməməsi onun hansısa maneə ilə rastlaşmasıdır.
Bunlar: kimyəvi və ya
sintetik dərman preparatları, ətraf mühitin zərərli amilləri, o cümlədən,
stress, zərərli qida məhsulları, viruslar, göbələklər, bakteriyalar və digər zərərli
vərdişlərdir ki, buna da homotoksinlər deyilir. Homotoksinlərin orqanizmə daxil
olmaması üçün orqanizmin özünümüdafiə və özünübərpa gücü olmalıdır.
Bu gücə sahib olmaq və
onu orqanizmdə inkişaf etdirmək yalnız təbii preparatlar (tərkibində bitki,
heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar,
canlı və zəiflədilmiş mikroorqanizmlər) vasitəsilə mümkündür. Bu elmi prinsiplər
də bioloji təbabət adlanır.
Bioloji təbabətdə təbii
preparatlarla yanaşı, müxtəlif bioloji müalicə üsullarından da istifadə edilir:
-
Biotənzimləyici terapiya Osteopatiya
-
Mikrobioloji terapiya Nevral terapiya
-
İzopatik terapiya Mezoterapiya
-
Turşu-qələvi balansının tənzimlənməsi Ortomolekulyar terapiya
-
Homeosiniatriya Bütöv stomatologiya
-
Autohemoterapiya
Adı çəkilən müalicə
üsulları 2009-cu ildən Bakıda fəaliyyət göstərən və bioloji təbabətin elmi
prinsiplərinə söykənən "Bioloji təbabət” klinikasında uğurla tətbiq olunur.
Klinikada Almaniyada təşkil olunan Beynəlxalq Homotoksikologiya kurslarını
bitirmiş, İsveçrə, İtaliya, Belçikadan olan aparıcı mütəxəssislərin təhsil
proqramları üzrə təkmilləşmiş həkimlər fəaliyyət göstərir. Bundan başqa, hər həftənin
şənbə günləri klinikaya adıçəkilən ölkələrdən mütəxəssislər də dəvət olunur.
Dünyanın Almaniya,
Kolumbiya, İsveçrə və digər inkişaf etmiş ölkələrində fəaliyyət göstərən
"Bioloji təbəbət” klinikalarının sırasına postsovet məkanında yeganə olaraq, Azərbaycanda
rast gəlmək mümkündür.
Araşdırmamız nəticəsində
aydın olur ki, bu klinikada xüsusilə xroniki xəstəliklər çox uğurla müalicə
olunur. Siz asanlıqla onurğa yırtığı xəstəliyi, hormonal pozulmalar, psoriaz,
artroz, qırmızı qurd eşənəyi, trofiki və diabetik xoralar, başlanmış qanqrena
kimi xəstəliklərdən təbii preparatlardan kiçik doza istifadə edilməklə, birdəfəlik
azad ola bilərsiniz.
"Əhalimizə yüksək səviyyədə tibbi
xidmət göstərən "Bioloji təbabət” klinikasında müalicə üçün istifadə olunan dərman
preparatlarının heç bir əlavə təsiri yoxdur”. Bunu klinikanın Azərbaycanda
yaradıcısı və təsisçi direktoru Elxan Yaqubov deyir. Onun sözlərinə görə,
klinikada nə dövlət, nə də digər özəl xəstəxanalarda rast gəlinməyəcək tibbi
avadanlıqlar var:
"Həkimə xəstənin
daxilindəki xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir diaqnostik
aparatlar, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır ki, həkim bu
aparatlar vasitəsilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Odur ki, klinikaya
Avropa standartlarına cavab verən aparatlar gətirmişik. Yüksək səviyyəli laboratoriya
yaratmışıq. Bizdə elə müayinə üsulları var ki, bir damla qanı qaranlıq sahəli
mikroskopda analiz etməklə, orqanizmdə olan bir çox xəstəliklər haqda məlumat
ala bilirik. Hansı ki, Azərbaycanda heç bir başqa laboratoriya bu məlumatları
almaq mümkün deyil”
Klinika açılan gündən
orada çalışan Əli Əlizadə də bir çox xəstələri ağır xəstəliklərdən
qurtardığını və bunu sadəcə bitki, heyvan mənşəli preparatların köməyi ilə
etdiyini deyir:
"7 ildən çoxdur ki, bu
sahədə təcrübəm var. Başqa klinikaların "sağalmaz” dedikləri bir çox xəstəlikləri
müalicə etmişəm. Mənə daha çox ağır xəstələr müraciət edirlər. Amma onların da
ümidi puç olmur. Bioloji təbabət üsulu ilə, deyə bilərəm ki, sağalmaz xəstəlik
yoxdur”.
Yazılanlardan aydın olur ki, "Bioloji təbabət” klinikasının əsas məqsədi tibb sahəsində əhalimizə yüksək səviyyədə xidmət göstərməkdir. Artıq böyük pullar xərcləyib xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. Uzunömürlü, sağlam və mənalı yaşamaq hər kəsin öz əlindədir. Odur ki, sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, təbii preparatlarla müalicə aparılan "Bioloji təbabət”ə tələsin!