V çağırış Milli Məclisin ilk sessiyası başlayıb

MM-in ilk iclasını ən yaşlı deputat Fəttah Heydərov aparıb


Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyası başlayıb.


Yeni tərkibdə MM-in ilk iclasını ən yaşlı deputat Fəttah Heydərov aparıb.

Dövlət Himninin səsləndirilməsindən sonra iclas açıq elan edilib.


İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.


Dövlət başçısının iclasda geniş nitq sözləyəcəyi gözlənilir.


Daha sonra MM sədri, sədrin müavinləri, parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi nəzərdə tutulur.