Ölkə başçısı İlham Əliyevin imzaladığı fərmanla vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb.
"Prezident İlham Əliyev ilin yekunları ilə əlaqədar keçirdiyi iclasda sosial evlər məsələsinə toxundu. Bu çox önəmli məsələdir. Çünki, əhalinin mənzillə təmin edilməsinə ipoteka kreditləri ilə yanaşı sosial evlərin tikilməsinə də çox böyük ehtiyac var.
Bu təcrübə Almaniya, Türkiyə kimi ölkələrdə mövcuddur.
Mənim xatirimdədir ki, 2007-ci ildə Amerikada vəziyyət gərgin olanda sosial evlərin istifadəyə verilməsi ilə müsbət nəticələr əldə edildi.Sosial evlərin verilməsi insanların mənzil probleminin həll edilməsində müsbət rol oynayacaq”.
V.Əhmədovun sözlərinə görə, sosial evlər layihəsi çərçivəsində aztəminatlı ailələr də mənzillə təmin olunacaq:"Hazırda mənzil problemi olan vətəndaşlarımız çoxdur. Rayonlarda, kəndlərdə əhalinin çox hissəsi mənzil növbəsindədir. Demək olar ki, mənzili olmayan böyük bir kütlə gözləmə mövqeyindədir.İnsanların mənzil şəraitinin yaxşılaşdırılması üçün belə bir agentliyin yaradılması müsbət haldır.
Prezidentin dövlət büdcəsindən 10 milyon manat vəsait ayırması və birbaşa işə başlanması ilə bağlı göstərişi bu sahədə olan neqativ halların tez bir zamanda həllinə yönəlib.
İpoteka kreditlərindən maaşı 500 manatdan yuxarı olanlar yararlana bilirdilərsə, sosial evlərdən daha az maaş alanlar da yararlana biləcəklər.Burada insanlar ipoteka kreditlərindəki kimi əvvəlcədən ödəniş etmir, 25 il ərzində hər ay 80-100 manat ödəməklə ev sahibi olurlar.
Mənzil ciddi məsələ olduğu üçün cənab prezident cəmiyyəti birbaşa öz tabeliyində saxladı. Şirkət işləməyə başlayanda onun səhmlərinin 49 faizi satılacaq, qalan 51 faizi dövlətin hesabında qalacaq.
Hesab edirəm ki, agentliyin yaradılması həm şəhərlərdə, həm də bölgələrdə mənzil fondunun daha da genişlənməsinə zəmin yaradacaq.Hələ ki, agentliyin nizamnaməsi tam təsdiq edilmədiyindən layihə çərçivəsində tikiləcək evlərin hansı qurum tərəfindən inşa ediləcəyi bilinmir”.