Məhəmməd Sadıqov vergilər nazirinin yeni müşaviri təyin edilib. Nazirlikdən verilən məlumata görə, o bu vəzifəyə noyabrın 3-dən təyin edilib.
M.Sadıqov daha əvvəl Bakı Vergi Departamentində rəis müavini vəzifəsində çalışıb.
Bu təyinatla nazirin müşavirlərinin sayı 10-a çatıb: Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Ələkbər Məmmədov, Rəhim Əfəndiyev, Riyad Hüseynov, Namiq Quliyev, Müsavər Nəbiyev və Məhəmməd Sadıqov.