Vitse-spiker: "Gün gələcək Azərbaycan öz suveren hüquqlarını bütün ölkə ərazisində təmin edəcək"

Komitəmizin iclası hər birimiz üçün çox əlamətdar olan bir tarixi günə - 28 may - Respublika Gününə təsadüf edir.

Həmin tarix, gün bizim üçün gözəl bayram, həmçinibn, çox ciddi əhəmiyyət kəsb edən, hər birimizdə qurur yaradan bir tarix, gündür.

sabahinfo.az xəbər verir ki, bu fikirləri vitse-spiker Bahar Muradova sədri olduğu parlamentin İnsan hüquqları komitəsinin mayın 25-də keçirilən iclasında dilə gətirib.

Hər bir kəsi, bütövlükdə Azərbaycan xalqını bu əlamətdar gün münasibəti ilə təbrik edən B. Muradova bir daha deyib ki, 28 may ötən əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqının və dövlətinin tarixində çox mühüm rol oynayıb.

"Arzu edirəm ki, bizim istədiyimiz, nəzərdə tutduğmuz kimi də müstəqil Azərbaycan dövləti dünya dövlətləri arasında öz möhtəşəm yerini, mövqeyini daha da möhkəmləndirsin.

Burada eyni zamanda, ərazi bütövlüyü məsələsi ilə bağlı arzularımızı da ifadə etməliyik, etməli oluruq. 

Yəni, inanırıq ki, gün gələcək Azərbaycan öz suveren hüquqlarını bütün ölkə ərazisində təmin edəcək, ərazi bötövlüyümüz tam təmin olunacaq" -deyə, B. Muradova sonra  sözlərinə əlavə edib.