Xalq artisti İlhamə Quliyeva tacdan imtina etdi.
ANS PRESS-in 
məlumatına görə, xalq artisti bu bəyanatı Zaur Nəbioğlunun aparıcılığı 
ilə ANS TV-də yayımlanan "A dan Z yə" verilişində verib.
"Son
 vaxtlar tutuquşu kimi çoxu tac taxır. Tamaşaçılar məni bağışlasınlar, 
tac bəzilərinə uzunqulağa palan yaraşan kimi yaraşır. Bu cür halları 
görüb mən artıq tac taxmaq istəmirəm. Çox nadir hallarda, o da baxır, 
hara gedəndə mən tac taxacam. Əslində mən bu tacları rəsmi yolla almışam
 və hər verilişdə, hər çıxışımda başımda tac olmalıdır. Amma artıq 
dediyim kimi, bəzilərini görüb qismən imtina edirəm" - deyən İlhamə 
Quliyevanın 9 tacı var.