Tanınmış sənətçilər xəstə yatağında olanRamiz Əzizbəylini ziyarətə gediblər. Bu haqda xalq artisti Həmidə ÖmərovaMilli.Az-a danışıb:
"Bayramdan istifadə edib serialımızın kollektivi ilə Ramiz Əzizbəylinin yanına getdik. Biz onunla vaxtaşırı görüşüb, danışıb gülürük. Budəfəki görüşümüz də şən zarafatlarla yadda qaldı. Ramiz xəstə də olsa bol enerjili insandır. Mən onunla çox yaxın sənət dostuyam. İnşallah, tezliklə sağalıb ayağa qalxar və biz birlikdə bir filmdə də çəkilərik".
Qeyd edək ki, bu günlərdə xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları da "10-dan sonra" verilişi vasitəsilə aktyorun ziyarətinə getmişdilər.