Xaricdəki Azərbaycandilli məktəblərin dərslik problemi necə həll olunur? - AÇIQLAMA

Xarici ölkələrdə yaşayan azərbaycanlıların əsas problemlərindən biri də dərs vəsaitləri ilə bağlıdır. Hər il olduğu kimi, bu il də Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklər göndərilib.  

 

sabahinfo.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyi məsələyə aydınlıq gətirib.

 

 

"Gürcüstan və Azərbaycan hökumətləri arasındakı qarşılıqlı razılaşma barədə protokola əsasən,  Gürcüstandakı Azərbaycandilli məktəblərə hər il onların sifarişi əsasında dərsliklər verilir”,-nazirlik bildirib.

 

O da qeyd edilib ki, digər xarici ölkələrə gəldikdə isə bununla bağlı Təhsil Nazirliyi qərar vermir:

 

"Digər xarici ölkələrdə yaşayan azərbaycanlıların dərslik təminatı isə əsasən icmaların və ya səfirliklərin müraciətləri əsasında araşdırılır və müvafiq qərar qəbul edilir”.