Gənc şair Xələfov Xələf İbrahim oğlu (Xələf Azəri) 1990-cı il, 02 oktyabrda Azərbaycanın dilbər və səfalı guşələrindən olan Laçın rayonun Qorçu kəndində dünyaya göz açıb. Körpəlik və uşaqlıq illəri müharibənin ən qızğın çağlarında keçib. Şəki şəhər 19 saylı orta məktəbi bitirdikdən sonra, hərbi xidməti də başa vuran Xələf Azəri yaradıcılığını inkişaf etdirməklə yanaşı, həm də ali təhsil almağı özü üçün qarşısına məqsəd qoyub. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialının tələbəsidir. Hələ yeniyetmə yaşlarından şeirlər yazan qəhrəmanımız ədəbiyyatın, poeziyanın incəliklərini öyrənməyə, dərinliklərinə varmağa çalışmışdır. Gənc şairin bir neçə il öncə çapdan çıxan "Deyilməyən söz" kitabı şeir sevərlərin dərin marağına səbəb olmuşdur. Eyni zamanda internet portallarında və dövrü mətbuatda Xələf Azərinin şeirləri, kiçik hekayələri və publisistik yazıları mütəmadi çap olunmaqdadır. Gənc qəhrəmanımız həm də öz fəaliyyətini Region TV (Kanal S) də jurnalist kimi də davam etdirməkdədir. Şeirlərində aparıcı mövzu vətənə, millətə, ana məhəbbətinə dərin hörmət və sevgi olan gənc şair sevgi və məhəbbət mövzularına da yer ayırmışdır.
Yavaş-yavaş
Sərilib
dagların isti qoynuna,
Duman yavas - yavas, çən Yavaş-yavaş.
Azarsan yollarda tərlan ürəyim,
Qayıt öz yerinə dön yavaş- yavaş.
Tülkülər
mesədə baxırlar hala,
Aslanlar utanib giriblər kola.
Qarga qayalarda məğrur qartala,
Deyir zirvelerden en yavaş- yavaş.
Alimler ,
həkimler çəkilib küncə,
Düsünən beyinlər qoyulub dincə.
Çevrilib bazara, dönüb qazanca,
Elm yavas- yavas, din yavas- yavas.
Hicranım vüsala köcür beləcə, Hər kəs öz yerini seçir beləcə. Suallar altinda kecir beləcə, Ömür yavaş - yavaş, gün yavaş- yavaş.
Ayrılaq
Bu dərtdə
ən böyük pay bizə düşür,
Gəl öz payımızı alaq, ayrılaq.
Bir ola bilmədik , iki bir olduq,
Sən ayrı, mən ayrı qalaq, ayrılaq.
Yalandan
dolaşaq bir tilsim kimi,
Ağlayaq, ağladaq sarı sim kimi,
Qaraya ağ deyən, müttəhim kimi,
Bu eşqin üzünə duraq ayrılaq.
Nə
edək ağırdı talehin yükü,
Sığmır ölçülərə bu hesab ,çəki.
İllərin zəhmətin bir yumruq təki,
Sındıraq, dağıdaq , qıraq ayrılaq.
Son dəfə tabloda rəsmimizi çək, Ya sən ayrı dayan, ya mən durum tək. Demirəm dalaşaq, küsək, inciyək, Deyirəm mehriban olaq , ayrılaq.
Ötən
illərin şeiri.
Sən bu soyuqluğu indi duymusan,
Mən isə lap çoxdan səndən soymuşam.
Sənin sevginində sözlərin kimi,
Saxta olduğunu özüm duymuşam.
Başım
çox daşlara dəydi bu illər,
Əridi qəlbimin buzu , incimə.
Bilirəm çətindi eşitmək bunu,
mən səni sevmirəm düzü, incimə.
Sınıq bir
talehin sahibiyəm mən,
Xəyallar dərdimin ortağı olub.
Mənim qismətimin lap əvvəl gündən,
Nə başı, nə də ki, ayağı olub.
Sürünmə
ardımca kölgələr kimi,
Get öz taleini yaşa, yazıqsan.
Toplanar gözündə dərdlərin cəmi,
Dəyər arzuların daşa yazıqsan.
Birdə
ayılarsan iş -işdən keçib,
Saxta gülüşlərin karına çatmaz.
keçər aylar, illər , günlər ötüşər,
ömürdən gedənlər geri qayıtmaz.
Ver öz qərarını
, hələ gec deyil,
Ürəyim sevilmək istəmir axı.
Düşün axşam-səhər, nə faydası var?
Yüz fikir bir borcu ödəmir axı.
Nə
deyim?
Ayrılıq belə tez kecməz,
Göynədər yeri , nə deyim?
Allah birdə gətirərmi?
Ötən illəri , nə deyim?
Ah cəkdim,
bərkdən, dərindən,
Od qalandı, gul yerindən.
Asıldı kipriklərimdən ,
Alnımın təri, nə deyim?
Bir budaq əyib gəlmişəm, Bir qəlbə dəyib gəlmişəm. Hər şeyi deyib gəlmişəm, Qayıdım geri nə deyim?
Ayrılaq.
Bu dərtdə
ən böyük pay bizə düşür,
Gəl öz payımızı alaq, ayrılaq.
Bir ola bilmədik , iki bir olduq,
Sən ayrı, mən ayrı qalaq, ayrılaq.
Yalandan
dolaşaq bir tilsim kimi,
Ağlayaq, ağladaq sarı sim kimi,
Qaraya ağ deyən, müttəhim kimi,
Bu eşqin üzünə duraq ayrılaq.
Nə
edək ağırdı talehin yükü,
Sığmır ölçülərə bu hesab ,çəki.
İllərin zəhmətin bir yumruq təki,
Sındıraq, dağıdaq , qıraq ayrılaq.
Son
dəfə tabloda rəsmimizi çək,
Ya sən ayrı dayan, ya mən durum tək.
Demirəm dalaşaq, küsək, inciyək,
Deyirəm mehriban olaq , ayrılaq.
"Səndə necə yaşayım?”
Vətən
səndə yaşamaq, sən olmaq demək imiş,
Alovuna oduna qızınmaq demək imiş.
Başı qarlı dağlara günəş olmaq, nur olmaq,
Çiçək olub qoynuna ələnmək demək imiş.
Vətən
səndə sən olmaq,
uğurunda şəhid olub, Hər əzaba , hər zülmə,
Kədərə razı olmaq, Lazım gəlsə öldürmək,
ya ölmək demək imiş.
Sənin varlığın üçün,
Gərəkərsə əl açıb,
Dilənmək demək imiş.
Bu
dünyaya göz açmaq,
Ayaq açıb yerimək.
əvvəl -əvvəl dil açıb,
Haraylamaq çağırmaq,
Sonra dodaq altında mızıldanmaq , kirimək
Üstündə insan kimi yasamaq demək deyil.
Səndə
yaşamaq üçün gərək səni sevəsən,
Səhər -səhər nur saçan, al günəşi sevəsən.
Min cür nemət yetirən, torpağını sevəsən,
Çeşməsini, suyunu, bulağını sevəsən.
Buludlara ucalan , bayrağını sevəsən.
Sevəsən
süfrəsinin halal pendir çörəyin,
Onunla dolanasan , alnı açıq üzü ağ.
Bir qarın çörək üçün öz vətənin satanlar,
Şərəfi ləyaqəti bir kənara atanlar,
Namını düşməniylə "qardaş" kimi bölənlər,
Cismən rahat yaşayıb, ruhən isə ölənlər,
Öyrənib bilələr ki, necə olur yaşamaq.
Bizdə
sənə yarıyıq, yarı varıq , yarı yox,
Bu bizim səhvimizdi , sənin qismətin deyil.
Kim nə deyir , qoy desin, mən yaxşı bilirəm ki,
Vallah səndə yaşamaq , elədə çətin deyil.