Xəzərdə estakada aşıb: Ölənlər var

Gecə saatlarında "Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. 

sabahinfo.Az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün "Facebook” səhifəsində yazıb.

Budkada 14 nəfər işçi olub: "Aldığım ilkin məlumata görə, iki nəfərin meyiti tapılıb. Qalan 12 nəfər itkin düşüb. 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olmuş, nəticədə 5 nəfər həlak olmuşdu”.

SOCAR-ın mətbuat xidmətindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.