Martın 28-də səhər Quba rayonunun bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, səhər saatlarında qarın hündürlüyü 3 santimetr olub. Qar yağmaqda davam edir.
Ən çox yağıntı dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə düşüb. Kənd sakinləri hazırda qarın qalınlığının 10 santimetrə yaxınlaşdığını bildiriblər.