MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEV CƏNABLARINA XOCALI SOYQIRIMININ ÜMUMMİLLİ MATƏM GÜNÜ KİMİ QEYD OLUNMASI BARƏSİNDƏ TƏKLİF.
Hörmətli Prezidentimiz Cənab İlham Əliyev!
Mən Sizə mənəviyyatı və şəxsiyyəti erməni vandalları tərəfindən alçaldılmış bir Azərbaycan vətəndaşı kimi, tariximizə soydaşlarımızın qanı ilə həkk olan bu ağır gündə dərin hüzünlə baş sağlığı verir və Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm! XOCALI SOYQIRIMI tariximizin silinməz qan yaddaşıdır. Mənfur düşmənimiz olan ermənilərin Xalqımızın başına gətirdiyi bu müsibəti tarixdə əsla heç bir xalq yaşamayıb. XOCALI SOYQIRIMI, törədilən bütün genosidlər içində ən dəhşətlilərinə aiddir. Hər il xalqımızın başına gətirilən bu faciəli gün Sizin tərəfinizdən cox böyük ehtiramla yad olunur. Düşünürəm ki, Siz nahaq yere tökülən qanın yerdə qalmaması üçün səngimədən bütün ideya və gücününzü sərf edir və doğma yurd yuvalarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtması üçün əlinizdən gələni əsirgəmirsiniz. Sizin, bu günün şərəfinə ucaldılan abidəni mütəmadi olaraq ziyarətiniz, xalqmızın yaşamış olduğu SOYQIRIM faktının dünyaya çatdırılmasını sözün əsl mənasında gözlər önünə sərir. Bundan əlavə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən "Xocalıya Ədalət” Beynəlxalq Kompaniyasının gördüyü işlər də danılmazdır. Hörmətli Prezident! Mən ilk öncə mənfur düşmənimiz olan ermənilər tərəfindən qüruru tapdanılmış bir Azərbaycan vətəndaşı daha sonra isə bir ana olaraq Sizə təklifimi bildirmək istəyirəm. Belə ki, XOCALI SOYQIRIMININ dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanınması eləcə də yaddaşlardan heç bir zaman silinməməsi üçün, bu günü sadəcə "XOCALI GÜNÜ" kimi deyil, eynilə Qan Yaddaşımız olan "20 Yanvar" Ümummilli Matəm günü kimi qeyd olunaraq iş günlərindən hesab edilməsin. Həmçinin qeyd etmək istəyirəm ki, Xarici Dövlət rəsmiləri, səfirləri Azərbaycana səfər etdikləri zamanı erməni vandallarının bizlərə qarşı törətdikləri amansız faşizmə və cinayətə bir daha əyani şahid olaraq bu günün xatirəsini əziz tutmaq naminə, Şəhidlər xiyabanını ziyarət etdikləri kimi Xocalı abidəsini də ziyarət etsinlər. Mən inanıram ki, bu təklifim Azərbaycan xalqına qarşı törədilən amansız SOYQIRIM faktının Dünyada daha geniş miqyasda tanınmasına vasitəçi olacaq və tariximizin gələcəkdə məddah tarixçilər tərəfindən təhrif olunmasının qarşısını alacaqdır. Hesab edirəm ki, bu təklifim hər bir Azərbaycan Vətəndaşının, eləcə də Xocalı Soyqırımında yaxınlarını, ailələrini itirən soydaşlarımızın dilə gətirmək istədiyi ən ümdə diləklərindən biridir.
Hörmətlə: Müstəqil Politoloq Umuxanım Huseynzade
Paylaşım bütün saytlar üçün açıqdır.