Yağış yağacaq, şimşək çaxacaq, temperatur enəcək

Azərbaycanda yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sabahinfo.az-a bildiriblər ki, mayın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda 2-6, gündüz 7-12 dərəcə isti gözlənilir.