Yoldaş Putin kimdir?

Kovboylar Texasda savadsız cəmiyyətin ən aşağı zümrəsi kimi qəbul olunurlar


Sual: "Cənab Putin kimdir?” Cavab: "Putin köhnə təkpartiyalı Sovet nomenklaturasını ön plana təşviq edən diktatorun adıdır!”. Cüdo birinciliyi, çevikliyi tam mənada deməyə əsas verir ki, Putin köhnə KQB-nın əskimiş qalığıdır. RF prezidenti Vladimir Putin 1980-ci ildə Şərqi Almaniyada KQB agenti kimi fəaliyyət göstərib. Bu xüsusda da Putin Rusiyaya "qondarma demokratiya” təqdim edir. RF dövlət başçısının müasir dəyərlərə deyil, Stalinin köhnəlmiş demodə ənənənlərinə üstünlük verməsi Putinin simasında modernist siyasi lider imici formalaşdırır. Çünki, Putin Sovetin bürokrat rejiminin qanı ilə qidalanır.  Putin bayağılaşmış siyasi anlayışına təkan üçün ətrafına bürokratik oliqarx ordusunu cəm edib. Prezident ətrafındakı rus bürokratiyası ilə bu gün astronomik mənfəətlə Rusiya iqtisadiyyatını özəlləşdirir. Rus iqtisadiyyatı inhisarlaşdırılıb, dövlət Putinin simasında müftəxorların əli ilə idarə edilir. Putinin hakimiyyəti illərində Rusiyada rüşvət almağın məbləği təxminən on dəfə artıb. Hakimiyyətinin ilk beş ilində bu rəqəm -36 milyard dollar idisə son bir il ərzində bu rəqəm -316 milyard dollardır. Rusiyada hələ də rüşvətdən istifadə artan templə davam edir. Hal-hazırda dünya ölkələri arasında istisadi böhrandan uzun müddət əziyyət çəkən yeganə dövlət Rusiyadır. Putinin səhv iqtisadi islahatlarına qarşı çıxanlara repressiyaların tüğyan etməsinə baxmayaraq hakimiyyət əleyhinə iğtişaşlar geniş vüsət alıb. Və bu faktor bilərəkdən Kreml bürokratiyasına xidmət edən mətbuat tərəfindən dünya ictimaiyyətindən gizlədilir. Putinin "pornoqrafik və bürokratik kapitalizmi”nin başqa siyasi alternativ inkişaf yolları yoxdur. Daxildəki mövcud vəziyyət hər keçən gün daha da ağırlaşır. Rusiya sənayesi özünün dağılış dövrünü yaşayır. Çünki, o, Rusiyanı "post-sovet milli kimliyi” və "etik normaları” əsasında idarə edir. Avtoritar rejimin "Stalin furajkalı diktatoru”nun üslubu pis və yalnışdır. Putinin hakimiyyəti illərində homoseksualizm və seks haqqındakı kitablar ruslar üçün "incəsənət nümunələri” hesab olunur. "Marksizm-Leninizm” dəyərləri "Putinizm” siyasi üslubu yanında ölmüş cəsədə bənzəyir. Stalin sağ qalsaydı, hər hansı bir məclisdə Putini qapı astanasında görən kimi ayağa qalxması qorxudan doğan şərti refleks olardı. Putinin ruslar qarşısında "Patriotizm dərsi” Rusiya ordusuna kazak ənənələrini təlqin etməsidir. Diktator kazakların rəngli geyimlərini, onların mühafizəkarlığını və dövlət hakimiyyətinə sədaqəti bərpa edir. Ona görə də rus əsgəri hakimiyyətə sədaqət andına görə Kreml əleyhinə iğtişaşlarda əliyalın xalqa qarşı rahatlıqla kovboy obrazını yardır. Kovboylar isə Texasda savadsız cəmiyyətin ən aşağı zümrəsi kimi qəbul olunurlar. Qəribə siyasi taktikaya sahib olmasına görə Putin Avropa mətbuatı tərəfindən oxuculara unpatriotik və "şən mozaşist” xarakter kimi təqdim edilir. Rusiya hakimiyyəti "Bermud üçbucağı” kimidir, yaxın gələn bütün hədəfləri sirli şəkildə udur.


Mənsur