Zakir Qaralov: “Yanğında 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb”

Hadisəyə binanın üzlüyünün keyfiyyətsiz olması səbəb olub

Baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə açıqlama verib.baş prokuror bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə müxtəlif formalı xəsarətlər alıb. Hadisə yerinə cəlb olunmuş FHN-nin yanğınsöndürənlərindən bir neçəsi isə tüstüdən zəhərlənib.

Z.Qaralovun sözlərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb və müstəntiqlər artıq araşdırmaya başlayıb. Baş prokuror deyib ki, ilkin ehtimallara görə yanğının baş verməsinə binaya çəkilmiş üzlük materialının keyfiyyətsiz olması səbəb olub. Onun sözlərinə görə, artıq binanın üzlənm