Zığ-Hövsan yolu - BAĞLANACAQ

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.

 

Bu haqda "Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan ( beton yol ) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.

"Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.