Əməkdar artist Zöhrə Abdullayeva toylardan imtina edib. O, Milli.Az-a açıqlamasında bir daha heç bir toya getməyəcəyini bildirib:
"Məni toylardan küsdürdülər, ona görə də heç bir toya getmirəm. Hal-hazırda Məhərrəm ayıdır, amma bu ay başa çatandan sonra da heç getməyəcəyəm. Toylarda əvvəlki səviyyə yoxdur. İnsanların musiqi duyumu yoxdur. Onlara lazımdır ki, səs gəlsin, düşüb ortalığa oynasınlar. Vergilər Nazirliyi də bilsin ki, toylara getməyəcəyəm. Bir-iki yerdə görə bilərlər, o da ki dost-tanış toyları ola bilər ki, qonaq gedim. Bir də görürsən ki, ifa edən yerdə gəlib deyirlər ki, bir az şux mahnı oxuyun da. Bu adam ritmi, musiqini duya bilmir. Məni duymayan toylara niyə getməliyəm ki?"