Hindistanın Uttar-Pradeş əyalətində canavar sürüsü 45 gündə 8-i uşaq olmaqla 9 nəfəri öldürüb.
Sabahinfo.az "India Today"ə istinadən xəbər verir ki, canavarlar 45 gündür ştatın Bəhreyç bölgəsinə hücum edir.
Səlahiyyətlilər son 45 gündə 8 uşaq və bir qadını öldürən canavar sürüsünün bölgədən çıxarılması üçün iş aparır. İndiyədək 4 canavar ələ keçirən səlahiyyətlilər heyvanların yerini müəyyən etmək üçün pilotsuz uçuş aparatları və termal kameralardan istifadə edir.
Təxminən 1,5 aya yaxındır canavar hücumları ilə mübarizə aparan bölgə əhalisi qorunmaq üçün gecə saatlarında patrul xidmətinə başlayıb. Ərazidə yaşayan sakinlər deyirlər ki, çoxlu canavar ərazidə gəzir və gecələr evlərinə girərək uşaqlarına hücum edir.