Canlıların kütləvi məhvinin altıncı dalğası

Hazırda Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır. Avtosfer.az xəbər verir ki, bunu Stenford Universitetinin professoru Pol Erlix müsahibəsində deyib. Ümumdünya Vəhşi Təbiət Fondunun xəbərdarlıq edir ki, yaxın on il ərzində planet dinozavrları öldürən meteoritin düşməsindən sonra canlıların ən kütləvi məhvi baş verə bilər, milyona yaxın flora və fauna növü yox olmaq təhlükəsiylə üz-üzədir.

Professor qeyd edib ki, heyvan və bitkilərin kütləvi şəkildə məhv olması ilə yanaşı, bəşəriyyət iqlim dəyişikliyi, qlobal zəhərlənmə və nüvə silahı rəqabəti bərpası təhlükəsi ilə üzləşib. Hadisələrin bu cür inkişafı dünyanın bəzi yerlərində kütləvi daşqınlara, bəzilərində isə quraqlığa səbəb ola bilər.
​İqlim dəyişikliyinin səbəb olduğu daşqınlar, quraqlıqlar və meşə yanğınları planetdə böyük vulkan püskürməsi və ya nəhəng asteroid kimi fəlakətlərə səbəb ola bilər.