Ləkidən Qəbələyə çəkilən dəmir yolu xətti artıq hazırdır.
Bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
O qeyd edib ki, işlər artıq yekunlaşıb və dəmir yolu açılışa hazırdır.
Qeyd edək ki, Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir