Eldar Əzizov VƏZİFƏDƏN GEDİR

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sabahinfo.az xəbər verir ki, ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb.

Gununsesi.info-nun araşdırması zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb. Belə ki, məlumatlı mənbə bildirib ki, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Əzizovun 69 yaşı var və o 2018-ci ildən bu posta çalışır.