Cəbrayılda sürücü minaya düşdü

2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb.

Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.