“Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirtdiyi “C.Cabarlı adına Mədəniyyət, Elm və Təhsillin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı- ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq 17 oktyabr 2024-cü il tarixində Bakı şəhərində, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibəti ilə “Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirildi.

Qeyd etmək istəyirik ki, “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə 2001-ci ildə C.Cabbarlı Ev Muzeyinin təşəbbüsü ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi” tərəfindən təsis edilib. İlk mükafatlandırma isə həmin il “BP” şirkətinin sponsorluğu ilə keçirilmişdir.

Mükafat Cəfər Cabbarlı yaradıcılığının tədqiqi və təbliği sahəsində aparılmış müstəsna işlərə, tədqiq edilmiş əsərlərə, dramaturqun teatr yaradıcılığının təcəssümündə müstəsna xidmətləri olan sənətkarlara, həmçinin Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi yeri olan şəxslərə və dram yazarlarına təqdim edilmişdir.

Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə Mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu Mükafata layiq görülmüşlər.

 

2024-cü ilin “C.Cabbarlı Mükafatı”na layiq görülmüşlər:

 

                              Ədəbiyyatşünaslıq nominasiyası üzrə 

Akademik İsa Əkbər oğlu Həbibbəyli – AMEA-nın prezidenti

İsmayıl Oruc oğlu Məmmədov – filologiya üzrə elmlər doktoru, professor

Mirzə Məmməd oğlu Maşov - ədəbiyyatşünas, tədqiqatçı alim

 

                             Ədəbiyyat nominasiyası üzrə

Ağasəfa Qafur oğlu Yəhyayev - şair, publisist

Nəriman Hacı oğlu Əbdülrəhmanlı – yazıçı, publisist, tərcüməçi

Kənan Hacı – yazıçı-publisist

 

                                   Teatr nominasiyası üzrə

İsrafil Ramazan oğlu İsrafilov – sənətşünaslıq üzrə elmlər doktoru, professor

Şövqi Ərəstun oğlu Hüseynov - əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc

Tamaşaçılar Teatrının aktyoru

Simuzır Nadir qızı Ağakişiyeva – Azərbaycan Dövlıt Milli Gənc Tamaşaçılar

Teatrının aktrisası

 

Rejissorluq nominasiyası üzrə

İman Əmirhüseyn oğlu Məcidov – Televiziya  rejissoru