Aktyor Haluk Bilginərin baş rolda çəkildiyi "Rosewater” filminin qala gecəsi keçirilib. Türkiyə mətbuatı xəbər verir ki, Con Stüartın rejissorluğu ilə lentə alınan ekran işində İranda yaşanan real hadisələrdən danışılır. H.Bilginər bu filmdə çəkildiyinə görə İrana girişinin qadağan edildiyini söyləyib: "Rosewater”da rol alarkən dünya şöhrətli bir rejissor mənə zəng vurub İranda film çəkəcəyini və mənə rol vermək istədiyini dedi. Mən isə ona "İran əleyhinə filmdə çəkilirəm. Bu səbəbdən o ölkəyə girişim qadağandır. İllərlə ora gedə və İranla bağlı hər hansı bir iş edə bilmərəm” dedim”.
Qeyd edək ki, aktrisa sevgilisi Zərrin Tekindor qala gecəsində aktyoru tək qoymayıb.