“Cəmiyyətin inkişafında erkən nikah problemi” layihəsinin icrası davam edir

Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Cəmiyyətin inkişafında erkən nikah problemi” layihəsinin  icrası davam edir.

Layihənin icra planına uygun olaraq məktəblərdə aparılmış sorguların təhlilinə əsasən  Samux rayonunda yaşayan 30 nəfər 13+ yaş qrupuna aid qızlara Heydər Əliyev Mərkəzində təlim keçirildi. Təlimdə qızlara erkən nikahların fəsadları, ölkədə və dünyada aparılan mübarizə, Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi” Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün Fəaliyyət Planı və icrası izah olundu, təhsilə maraqları artırıldı və karyeralarının qurulmasına yardım olundu.Təlimlər davam edir.

Növbəti təlim 18.10.22 ci il tarixdə Gəncə şəhəri Natəvan( Türklər)  və Məhsəti( Sevinc) qəsəbələrində yaşayan 30 nəfər üçün təlim nəzərdə tutulub.

Növbəti mərhələlərdə Zoom Platforması ilə valideyn  görüşləri keçiriləcək, sosial- çarx çəkiləcək və yekun konfrasda ictimaiyyətə təqdim olunacaq.