İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü rəng qatdı, günü bizim üçün ikiqat sevincə çevirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi.
Ali Ordenin dövlətimizin başçısına bu gün İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi bir daha regionda geosiyasi maraqları olan dövlətlərə Türkiyə-Azərbaycan əlaqələrinin, münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda yazılan: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir” sözləri hər bir vətəndaşa qürur verdi, bu ali mükafatdan hər bir vətəndaşa pay düşdü.
Qərarı imzalayan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev öz imzaları ilə Azərvaycanın haqq səsinin yanında olmalarını sübut etdilər.
Zirvə Görüşünün Türk dünyası ilə əlaqələrimizdə yeni mərhələ açacağına əminik. Dünyada baş verən hadisələr göstərdi ki, Türk dövlətləri siyasi və ictimai həmrəy olduğu kimi, iqtisadi və ticari əlaqələri də gücləndirməlidirlər.
Hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsi 21 milyard dollar təşkil edir. Qarşılıqlı sərmayələri artırmaq, bu sahədəki maneələrin aradan qaldırılmaq dövrün tələbidir. Ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsi vacibliyindən də danışan Zirvə Görüşünün iştirakçıları bu çərçivədə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”i ən qısa zamanda imzalamağı düşünürlər. Bununla da Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla bütün yollar bu coğrafiyanın əsas arteriyalarına çevrilə bilər. Hörmətli Rəcəb Tayyib Ərdoğanın bu gün söylədiyi kimi Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır.
Liderlərin Zirvə Toplantısında hörmətli Rəcəb Tayyib Ərdoğan Zəngilanda görülən quruculuq işlərindən bəhs etməsi son günlər təxribata meylli dövlətlərə bir mesajdir: “Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türkistanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir”.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Türk Dünyasının Ali Ordeni cənab Prezident İlham Əliyevin dediyi kimi, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Sevincimizi ikiqat edən odur ki, bu Ali Ordeni Prezidentə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Bu, türk dövlətləri tərəfindən cənab Prezidentin işinə, yorulmaz fəaliyyətinə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də cənab İlham Əliyev bütün Azərbaycan xalqı adından tədbir iştirakçılarına çox dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.