Çerniqov və Xarkov ətrafında ağır döyüşlər gedir - Britaniya kəşfiyyatı

Rusiya qoşunlarının irəliləməsi yavaşlayıb.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın quru qoşunlarının əsas hissəsi Kiyevə şimal istiqamətdən 30 km-dən çox məsafədədir, lakin onların irəliləyişinin qarşısı müharibənin birinci günündən Rusiyanın əsas məqsədi olan Qostomel aerodromunu müdafiə edən Ukrayna qüvvələri tərəfindən alınıb.

Kəşfiyyat məlumatında qeyd olunub ki, Çerniqov və Xarkov ətrafında ağır döyüşlər gedir, lakin hər iki şəhər Ukraynanın nəzarəti altındadır.

"Logistik uğursuzluqlar və Ukraynanın sərt müqaviməti Rusiyanın irəliləmək planlarını alt-üst etməyə davam edir. Rusiya əhalisindən münaqişənin detalları ilə bağlı məlumatı gizlətmək səylərinə baxmayaraq, Rusiya Silahlı Qüvvələri ilk dəfə olaraq itkilərini açıqlama məcbur olub", - bildirilib.