Çində daşqınlar səbəbindən minlərlə insan evlərini tərk etməyə məcbur olub

Leysan və daşqınlar minlərlə insanı Çinin mərkəzini tərk etməyə məcbur edib.

Məluma görə, Çuntsin və ölkənin cənub-qərbində yağan güclü yağış nəticəsində 15 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Təbii fəlakət körpüləri dağıdıb, binalara və digər əmlaka ziyan vurub. Son günlər mərkəzi Hunan əyalətində on mindən çox insan evlərindən təxliyə edilib. Daşqınların ölkəyə vurduğu zərərin ilkin hesablamaları təxminən 600 milyon yuana (80 milyon dollardan çox) çatıb.

Daşqın xəbərdarlığı indi ölkənin şimalında, o cümlədən Lyaonun, Tsilin və Heyluntsyan əyalətləri üçün də qüvvədədir. Çin lideri Si Cinpin vətəndaşların sağlamlığının və əmlakın qorunması üçün daha çox səy göstərməyə çağırıb.