Daha 10 partiyadan təklif

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.