Mərkəzi Seçki Komissiyası daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.