Daha bir məktəb əyani tədrisə qayıtdı

Koronavirusa görə bağlanan 36 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə Sabahinfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.