Sabahinfo.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb. Onun vəzifədən getmə səbəbi kimi təqaüd yaşına çatması göstərilir. Mahçupyan hələ martın 9-da vəzifəsini tərk etsə də, bu barədə məlumat indi mətbuata verilib.
Əhməd Davudoğlunun baş müşaviri kimi fəaliyyət göstərən Etyen Mahçupyan bu yaxınlarda 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıdığını bəyan etmişdi.
Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı ötən ilin oktyabrında baş müşaviri təyin etmişdi. O zaman bu təyinat Türkiyədə də birmənalı qarşılanmamışdı.
E. Mahçupyan Türkiyə prezidenti və baş nazirin müşavirləri arasında ilk qeyri-müsəlman şəxs idi.