Daxili və xarici siyasətin mərkəzində milli maraqlarımız dayanır

Bildiyimiz kimi bir neçə il öncə-2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu məsələsi həll edildi. Həmin tarixdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanmışdır. Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı. Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi təmsil olunduğu bütün tədbirlərdə daim öz sarsılmaz mövqeyini nümayiş etdirir.

Bu gün Azərbaycan Respublikası 30 il əvvələ baxış etsək görərik ki, güclü tərəqqi yolu keçərək  inkişafın pik həddinə çatmışdır. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı məqsədyönlü siyasət aparır. Artıq ötən əsrlə müqayisədə bu gün Azərbaycanı 21-ci əsrdə baş verən bütün innovativ yeniliklərdə,rəqəmsal dünyada,beynəlxalq müstəvilərdə görmək mümkündür. Növbəti dəfə 2022-ci il iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Təsadüfi deyil ki, Zirvə Toplantını açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxış üçün sözü ilk öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevə verdi. Azərbaycan Prezidenti Qalib Xalqın-Qalib Prezidenti kimi daim öndədir və bütün atılan addımlar xalqımızın maraqlarına xidmət edir.  Cənab Prezident xüsusi məqamları qeyd etməklə Azərbaycanın mövqeyinin heç zaman dəyişməyəcəyini və ümumilikdə ölkəmizin qarşısındakı hədəfləri və gələcək işləri cəsarətlə bəyan etdi. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.

Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bəli, bir sıra radikal fikirli ünsürlər,ermənipərəst qüvvələr, həmçinin bir qrup erməni mənfurları qəbul etmək istəməsə də, bu gün bir həqiqət vardır ki, Azərbaycan tarixi ədaləti bərpa etmişdir.Qarabağ və Zəngəzur doğma Azərbaycan ərazisidir. Zəngəzur dəhlizi artıq açılmaq üzrədir. Hesab edirəm ki, bu məsələdən sonra bir daha ermənipərst ünsürlərin danışmağa sözü olmayacaq və olmamalıdır. Necə deyərlər müdrik YAP siyasəti uğurlara imza atsın!,  radikal fikirli milli satqınlar və ermənilərin özləri də möhtəşəm Qələbələrimizə  həsəd aparsınlar!

Maqsud  Süleymanlı,

YAP Yevlax rayon təşkilatının əməkdaşı