“Dayaq” Sosial Maarifləndirmə İB-i Bakı şəhərində “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində maarifləndirici silsilə tədbirlərdən sonra sorğu həyata keçirib.
“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində Bakı şəhərində növbəti tədbirini keçirib. Bakı şəhərində Yasamal və Səbayıl rayonlarında sosial sorğu olaraq əhalinin bu mövzuda fikirləri ətraflı suallarla qeydlərə alınıb.
Bildirilir ki, layihənin fəaliyyət planına əsasən daha öncə tədbirlərdə Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində və Səbayıl rayonu 239 nömrəli orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının nümayəndə müavini Əhəd İbadov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Allahverdi Səfərov və Vüqar Ağayev, Bakı şəhər Narkoloji Mərkəzin həkimi, psixiatr-narkoloq, tibb elmləri doktoru Fəzail Sadıqov, 1 nömrəli Bakı Tibb Kollecinin şöbə müdiri Sevda Nadirova, yeniyetmə və gənclər iştirak edib.
Məlumat üçün qeyd edək ki, “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.