Delimitasiya üzrə komissiyanın ikinci görüşünün vaxtı açıqlandı

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci görüşü avqustun 29-da keçirilə bilər.

Sabahinfo.az xəbər verir ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycan nümayəndə heyətinə baş nazirin müavini, dövlət komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, komissiyaların birinci görüşü bu il mayın 24-də keçirilmişdi.(trend)