"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi korrupsiya ilə bağlıdır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır. Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə isə 20 manat qazanırlar. Onlar fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsullqu içində yaşayan əhali sıxıntı çəkməsin", - deyə deputat bildirib.