Deputat bu şəxslərə ikili vətəndaşlıq verilməsini təklif edib

“İkili vətəndaşlıqla bağlı qanunvericilikdə olan məhdudiyyət məsələsi müzakirə olunmalıdır”.

Sabahinfo.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib.

Onun sözlərinə görə, gələcəkdə Qərbi Azərbaycana qayıdan soydaşlarımızın həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olmalıyıq.

Toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsinin vacibliyini qeyd edən E.Allahverdiyev vurğulayıb ki, xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür:

“Diaspor təşkilatları bu məsələdə dəstəyi önəmlidir. Düşünürəm ki, xarici dillərdə danışan gənclərimiz Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmalıdırlar”.