24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı vətəndaşları dinləyən Könül Nurullayeva, müxtəlif mövzular üzrə onları narahat edən problemləri qeydiyyata götürüb. Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Qəbulun sonunda deputat K.Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaq, məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaqdır.