Deputat Masallı rayonu Banbaşı kəndi ərazisində səyyar görüş-qəbul keçirib

Seçicilərlə səyyar görüş-qəbullar davam edir. Bu dəfə Masallı rayonu Banbaşı kəndi ərazisində səyyar görüş-qəbul keçirdik.

İlk öncə kəndin inzibati ərazisində I Qarabağ və 44 günlük Vətən Mübaribəsində canından keçən Banbaşı kəndinin qəhrəman şəhidlərin xatirəsinə inşa edilmiş Şəhidlər Kompleksini və Şəhid Akifzadə Elmir Gündüz oğlunun büstünü ziyarət edib, tər çiçəklər düzüb, şəhidlərin ruhunu ehtiramla yad etdik. Daha sonra kənd qəbiristanlığında uyuyan şəhidlərin məzarını ziyarət edib, dualar oxuduq. Banbaşı kəndinin inzibati binasında kənd sakinləri ilə qəbul-görüş başladı.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar əsasən sosial problemlərin həlli, iş yerləri, təhsil haqqına kömək və sənədləşmə ilə bağlı məsələlər barədə müraciətlər etdi.

Görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verildi, bəzisi yerində həll edildi, digərləri qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edildi.

Səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilatlar rəhbərləri, köməkçilərim, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak edirdi.

Məşhur Məmmədov
Milli məclisin deputatı