Masallı şəhər Sənaye Məhəlləsində Xalçaçılıq və dərzilik kursları fəaliyyət göstərir. Kurslarda təhsil alanlar arasında əlilliyi müəyyən edilmiş xanımlar da var.
Həmkarım Anar İsgəndərov və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyevlə Masallı şəhər Sənaye Məhəlləsində Xalçaçılıq və dərzilik kurslarında olub, əlilliyi müəyyən edilmiş xanımlarla görüşüb, yaradılmış vəziyyətlə tanış olduq, xanımların ürək sözlərini dinlədik. Xanımlar toxuduqları xalçaların satışa çıxarılmasına və ucqar kəndlərdə yaşayan kurs üzvlərinə nəqliyyat məsələsində dəstək istədilər. Çalışacağıq ki, qısa zamanda xanımların istəkləri reallaşsın, daha həvəslə peşələrə yiyələnsinlər.
Məşhur Məmmədov
Milli Məclisin deputatı